Sinəsini busqalterin dəmiri ilə qaşıdı, komaya düşdü – Kuryoz olay

  • 2023.07.26 21:47
  • 1866 Baxış
Sinəsini busqalterin dəmiri ilə qaşıdı, komaya düşdü  – Kuryoz olay
Silvia Harlou əksər qadınlar kimi illərdir simli büstqalter geyirdi. Bu ümumi bir modeldir, sinəni yaxşı dəstəkləyir. Amma bu sim qadının həyatını təhlükə altında qoydu.

“Medicina” xəbər verir ki, 2022-ci ilin mayında alt paltarından təsadüfən sürünərək kənaea çıxan dəmirlə Silvia sinəsinin dərisini bərk şəkildə qaşıyıb. Bir müddət sonra o, cızılmış yerdə qabar tapdı, formaca şişə bənzəyirdi.

Qadın dərhal ən yaxın xəstəxanaya gedib. Həkimlər onu müayinə edib, sonra ağrıkəsicilər, antibiotiklər yazıblar.

“Mən sadəcə, bir şeyin səhv olduğunu bildim və təcili yardım otağına getdim. Çox ağrıyırdım. İçəri girəndə tibb bacısı mənə baxdı və düz mənə tərəf qaçdı. Bu, həqiqətən qorxunc idi " - deyə Silvia xatirələrini bölüşür.

Müalicəyə baxmayaraq, qadının vəziyyəti yaxşılaşmayıb. Bir neçə gün ərzində həkimlər ona düzgün diaqnoz qoya bilmədilər.


Nəticədə qadına nekrotizan fasiit diaqnozu qoyulub. Bu, damar trombozunun inkişafı və nəticədə patoloji prosesdə iştirak edən toxumaların geniş nekrozu, ağır intoksikasiya ilə müşayiət olunan, sürətlə irəliləyən iltihabdır.

Həkimlər qadına patologiyanın irəlilədiyini, daxili orqanlarının infeksiya ilə mübarizədən imtina etməyə başladığını bildiriblər. Daha sonra yoluxmuş toxumanı çıxarmaq üçün xəstə Aberdin Kral Xəstəxanasına aparıldı.

“Məni süni komaya saldılar, sonra həyatımı xilas etmək üçün iki əməliyyat keçirdim. Daha səkkiz gün huşsuz qaldım. Yuxudan oyananda böyük çapıq gördüm və sinəmin bir hissəsinin getdiyini anladım.

Ancaq ən əsası odur ki, mən sağam və bu hekayəni danışa bilərəm. Hər kəsi alt paltarı seçərkən mümkün qədər diqqətli olmağa çağırıram. Hətta dəmir telli büstqalterlərdən imtina edin”.

Günay Quluzadə