Şirin çay orqanizmə niyə zərərlidir?

  • 2025.09.30 17:51
  • 87 Baxış
 Şirin çay orqanizmə niyə zərərlidir?


Bir insan şirin çay içməyə həddən artıq aludə olarsa, hiperqlisemiya və diabetin yaranması səbəbindən sağlamlığı pisləşə bilər.


“Medicina” xəbər verir ki, diyetoloq Daria Rusakova bu barədə danışıb.
Rusakovanın fikrincə, sağlam insan orqanizminin şirin içkilərə ehtiyacı yoxdur.

Şirinləşdirilmiş içkilər yalnız qan şəkərinin aşağı düşməsinə və sağlamlığın pisləşməsinə səbəb olan hipoqlikemiya hallarında işə yarayır.

“Əgər gün ərzində şirin çay içilirsə və ümumi şəkər qəbulu 50 qramı keçərsə, bu, sonda şəkərli diabetin inkişafına səbəb ola bilər”.


Rusakova aydınlaşdırdı ki, mayedən olan şəkər sürətlə qana daxil olur, qlükoza səviyyəsini artırır və intensiv insulin istehsalını tetikler. Mütəxəssis vurğulayır ki, əgər insan artıq şəkərli diabetdən əziyyət çəkirsə və ya obezdirsə, o zaman şirin içki içmək xüsusilə zərərli olacaq.


Aygün Musayeva