Abşeron rayonunda sexdə bədbəxt hadisə baş verib.
Medicina.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən şirniyyat sexində qeydə alınıb.
Orada işləyən qəsəbə sakini 1980-ci il təvəllüdlü T.Allahverdiyevin əli aparatda qalıb.
Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.
Araşdırmalar aparılır.