Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

  • 2026.06.23 12:24
  • 111 Baxış
Sirkədən zəhərlənən kişi  10 gün sonra öldü

Bakıda sirkədən zəhərlənən kişi xəstəxanada vəfat edib.

Medicina.az xəbər verir ki, hadisə iyunun 12-də Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Beyləqan rayon sakini Yalçın Abdullayev sirkədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, iyunun 22-də orada vəfat edib.

Onun hansı şəraitdə sirkə turşusu içdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.