Şişlərin yayılmasını necə dayandırmaq olar?

  • 2023.06.12 19:36
  • 1712 Baxış
Şişlərin yayılmasını necə dayandırmaq olar?
Xərçənglə mübarizədə problemlərdən biri metastazların, yəni şiş hüceyrələrinin digər orqanlara yayılmasının qarşısının alınmasıdır.


“Medicina” xəbər verir ki, siçanlar üzərində aparılan yeni bir araşdırmada alimlər bu prosesin qarşısını almaq üçün perspektivli yeni üsulu uğurla sınaqdan keçiriblər.


İsveçrədən olan tədqiqatçılar qrupu şiş hüceyrələrinin inkişafına və yayılmasına “maneə” tapıb. O, Activin B zülalına və ALK7 reseptoruna əsaslanır ki, bu birləşmə şiş böyüməsinin inkişafında mühüm rol oynayır.

Bu araşdırma apoptozun şişin əmələ gəlməsinə mühüm maneə olduğunu təsdiqləyir.

Xərçəng şişinin böyüməsinə maneə törətmək üçün ALK7 reseptoru və Aktivin B zülalı cüt-cüt işləməlidir.

Xüsusi “aktivin” zülal kompleksləri, onlardan biri də Activin B, orqanizmdə bir çox proseslərdə mühüm rol oynayır, hüceyrələrin böyüməsi, maddələr mübadiləsi prosesində, immun reaksiyanın təşkilində və menstruasiya dövrünün tənzimlənməsində iştirak edirlər.

Tədqiqatçılar qeyd edirlər ki, əvvəllər ALK7-nin mühüm rolunu müəyyən etmək çətin idi, lakin indi bu reseptoru potensial xərçəng əleyhinə silahlar arsenalına inamla əlavə etmək olar.

Aynurə Məmmədova