SMS icazə üçün 1 saat əvvəldən müraciət edin -"ASAN" RƏSMİSİ

  • 2020.04.03 13:40
  • 1560 Baxış
SMS icazə üçün 1 saat əvvəldən müraciət  edin    -"ASAN"   RƏSMİSİ


"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib. Evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər”.

Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 aprel qərarı ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.


Onun sözlərinə görə, vətəndaşlara icazə ilə bağlı 2 saatlıq müddət vətəndaş SMS-i göndərdiyi vaxtdan yox, cavab SMS-i gəldikdən hesablanır:

“Vətəndaşlardan xahiş edirik ki, SMS üçün yarım saat, 1 saat əvvəldən müraciət etsinlər. Maksimum 1 saata qədər cavab SMS-i gələcək. O müddətdə cavab SMS-i gəlmədikdə bununla bağlı vətəndaşlar Çağrı Mərkəzinə zəng vurub məlumat verə bilərlər. Vətəndaş aptek və ya ərzaq almaqla bağlı icazə alıb evdən çıxıbsa, digər məsələlərlə bağlı fəaliyyət göstərməsi karantin rejimini pozmuş sayıla bilər. Yalnız cavab SMS-i gəldikdən sonra vətəndaş evdən çıxa bilər”.


Sədr müavini deyib ki, DİN əməkdaşlarının yoxlamaları zamanı aşkarlanan və icazələr sisteminin tələblərinə əməl etməyən şəxslər hüquqi məsuliyyət daşıyırlar.