Sobada diri-diri yandı - Biləsuvarda dəhşət

  • 2025.11.07 09:45
  • 209 Baxış
Sobada diri-diri yandı -  Biləsuvarda dəhşət

Biləsuvarda bədbəxt hadisə baş verib.

Medicina.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 8 saylı qəsəbədə qeydə alınıb.

Gülənova Məkurə Cavanşir qızı sobanın üzərinə yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətəri alaraq ölüb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.