Sol döşündən 8,5 kiloqramlıq şiş çıxarıldı - FOTO

  • 2025.11.22 22:03
  • 181 Baxış
Sol döşündən 8,5 kiloqramlıq şiş çıxarıldı -  FOTO

Türkiyədə 59 yaşlı qadının sinəsində 8 kilomqramlıq şiş çıxarılıb.

Medicina.az xəbər verir ki, Mersinin Akdeniz rayonunda yaşayan 59 yaşlı Kıymet Yıldızhan illərdir sinə, çiyin ağrısı, yeriməkdə çətinlik çəkirdi.

Əməliyyat qorxusundan müayinəyə getməkdən yayınan Yıldızhan, oğlunun təkidi ilə Toros Dövlət Xəstəxanasına gedib.

Müayinələr, testlər nəticəsində Yıldızhanın sol döşündə şiş aşkarlanıb.

8.5 kiloqramlıq şiş cərrahi yolla çıxarıldıqdan sonra xəstə ertəsi gün evə buraxılıb.



Ümumi Cərrahiyyə Mütəxəssisi Dr. Hakan Dikme bildirib ki, testlərdən sonra xəstəni dərhal əməliyyat etmək qərarına gəliblər.

Dikme əməliyyatın 1.5 saat çəkdiyini deyib:

"21 ildə belə bir şey görməmişəm. 11 il həkimə getməyib. Ona görə də bu qədər böyüyüb. Bu vəziyyət çox nadirdir".

Pasiyent Dikme müalicədə erkən diaqnozun vacibliyini vurğulayıb:

"Bu qədər gözləmək səhv idi. Bir şey görsəniz, dərhal müalicə olunmalıdır. Bu, çox ciddi və irəliləmiş xərçəng ola bilərdi. Erkən tədbirlər görsək, xərçəng inkişaf riskini azalda bilərik."

Kıymet Yıldızhan həmçinin uzun müddət qorxduğu üçün əməliyyatdan qaçdığını izah edib:

"Doktor Hakana çox təşəkkür edirəm. Əməliyyatım uğurlu keçdi və indi yaxşıyam".

Aygün
Medicina.az