Son 5 ildə Azərbaycanda 83 min nikahdankənar uşaq doğulub - Deputat

  • 2025.10.17 12:11
  • 79 Baxış
Son 5 ildə Azərbaycanda 83 min nikahdankənar uşaq doğulub -  Deputat

"Statistikada qeyd olunur ki, son 5 ildə Azərbaycanda 83 min nikahdankənar uşaq doğulub. 9 min uşağı 15-19 yaşlı qızlar dünyaya gətirib".



Medicina.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, bu ailə institutu üçün olduqca böyük faciəvi problemdir: "Biz bu istiqamətdə cəmiyyətdə ictimai müzakirə yaratmalıyıq. Necə etməliyik ki, ailə institutunu qoruya bilək".