"Soyuq havalarda yoluxma arta bilər" - Təyyar Eyvazov

  • 2022.09.06 14:13
  • 9848 Baxış
"Soyuq havalarda yoluxma arta bilər" -  Təyyar Eyvazov
"Son həftələrdə yeni yoluxma halları artmışdır və buna uyğun olaraq da aktiv xəstə sayının artmasını görürük. Lakin son günlərdə nisbi yüksək səviyyədə stabilləşmə qeyd olunur və hətta bəzi günlərdə infeksiyadan sağalanların sayı yeni yoluxanların sayını üstəlyir".


Bunu Lent.az-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, pandemiyanın erkən dövrləri ilə müqayisədə xəstəxanalara yatışların sayı bir o qədər artmayıb:


"Bu və digər məlum səbəblərdən qapanmalara zərurət duyulmur.Yoluxma sayının artımlarının müxtəlif səbəblərlə izah etmək olar. Çox güman ki, əsas faktorlar vaxt keçdikcə populyasion immunitetin zəifləməsi, virusun mutasiya etməsi, daha sürətli yoluxuculuq qabiliyyəti ilə seçilən "omikron" ştamının alttiplərinin dövriyyədə olması, əvvəllər əldə edilmiş immunitetdən müəyyən qədər yayınmadır".



Onun sözlərinə görə, soyuq havalarda virus daha çox ötürülə bilər:


"Üzümüzə gələn soyuq aylarda isə ümumiyyətlə virusun ötürülməsi üçün əlverişli şəraitin yaranacağı düşünülür. Qorunma tədbirləri eynidir, lakin əhalinin pandemiya təcrübəsi əsas götürülməklə tövsiyə xarakteri daşıyır və bu tövsiyələrin əksəriyyət tərəfindən yerinə yetiriləcəyi təqdirdə bu tip alovlanmaları daha ağrısız başa vurmaq mümkün sayılır".