Stendlərin ömrü nə qədərdir? - Kardioloqdan cavab

  • 2025.11.26 22:32
  • 203 Baxış
Stendlərin ömrü nə qədərdir? -  Kardioloqdan cavab

Bizə ən çox verilən suallardan biri stendlərin ömrünün nə qədər olmasıdır.

Medicina.az xəbər verir ki, bunu invaziv kardioloq Üzeyir Rəhimov deyib.



Onun sözlərinə görə, hazırda istifadə edilən dərmanlı stendlərin tutulma ehtimalı 2 faizdir.

Bəs buna təsir edən faktorlar hansılardır?

"Birincisi, əməliyyatı edən həkimdən çox şey asılıdır. Əgər damar diametrinə uyğun, doğru stend seçilibsə, içi yüksək atmosferlərdə şişirdilib damar divarı formasını alıbsa, bu stend tutmaz. İkincisi, önəmlisi, pasiyentin damar xüsusiyyətidir. Yəni pasiyentin damarı nə qədər kirəclidirsə, damar darlığı nə qədər uzundursa, şəkəri, təzyiqi, böyrək xəstəliyi varsa, bu kimi hallarda stend nəticəsi yaxşı olmaya bilər. Üçüncüsü, tamamilə pasiyentdən asılıdır. Bizim dediyimizə riayət etməsidir. Bunların başında dərman istifadəsi gəlir. Dərmanlardan önəmli olan xolesterin dərmanıdır. Bizim insanlar xolesterin dərmanını kəsməyə çalışırlar. Amma bu dərman kəsildiyi zaman yağlar həmin bölgəyə yenidən yığılaraq, tıxayır. Həmçinin, təzyiq, şəkər nəzarətdə olmalı, pəhrizə riayət edilməlidir. Göründüyü kimi, bir çox şey pasiyentdən asılıdır. Pasiyent riayət edərsə, stend ömürlük olar".

Aygün
Medicina.az