"Stimul Hospital"dan vəfat edən xəstə ilə bağlı RƏSMİ- Vəziyyəti qəfildən pisləşdi

  • 2024.03.19 17:11
  • 2579 Baxış
"Stimul Hospital"dan vəfat edən xəstə ilə bağlı RƏSMİ - Vəziyyəti qəfildən pisləşdi

“Stimul Hospital” 1967-ci il təvəllüdlü Şirvan şəhər sakini Bahar Qasımovanın 18 mart 2024-cü ildə baş verən ölümü ilə bağlı açıqlama yayıb.

"Medicina"ya açıqlamasında hospital xəstənin qəfildən vəfat etdiyini bildirib.


“Xəstə 07.03.2024-cü il tarixdə ürək bulanma, tək-tək qusma, göbək altı nahiyədə ağrılar, arıqlama şikayətləri ilə hospitala müraciət edib. Həkimin apardığı obyektiv müayinə və analizlər əsasında xroniki qastritin və xroniki kolitin kəskinləşməsi diaqnozu qoyulub, ambulator şəraitdə qan azlığına görə müalicəsinə başlanıb.

09.03.2024-cü il tarixdə xəstə “İstanbul NS Kilinikası”nda kastro fibroskopiya müayinəsindən keçib.

11.03.2024-cü il tarixdən başlayaraq 18.03.2024-cü il tarixədək xəstəyə ambulator şəraitdə antianemik müalicə tətbiq olunması üçün sistemlər köçürülüb, sistemlərin heç bir əlavə təsiri olmayıb.

18.03.2024-cü il tarixdə xəstə “İstanbul NS Klinikası”nda ağciyərin rentgeni müayinəsindən keçib, həmin tarixdə sistem köçürülməsi üçün hospitala gəldikdən sonra sistem köçürülən zaman xəstənin vəziyyəti anidən pisləşib.

Xəstəyə dərhal reanimasİon tədbirlər (süni tənəffüs, ürək masajı, adrenalın inyeksiyası) görülub.

Yarım saatdan artıq aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb.

Baş vermiş faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ölümün dəqiq səbəbi təyin olunmuş ekspertiza nəticəsində müəyyən olunacaq. Hospitalın kollektivi adından xəstənin yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

MEDİCİNA.AZ