Stomatoloqa gedərkən diqqətli olun - VİDEO

  • 2019.01.24 16:16
  • 9313 Baxış
Stomatoloqa gedərkən diqqətli olun -  VİDEO
 

Ölkəmizdə stomatoloji klinikalarla yanaşı özəl stomatoloji kabinetlərdə xidmət göstərən həkimləri sayı çoxalıb. Şəhərin demək olar ki, hər künc bucağı stomatoloji kabinetlərdir.  Hətta öz evinin bir otağını iş otağına çevirən həkimlər də  az deyil. Bu bir tərəfdən yaxşıdır. Çünki nə zaman lazım olsa həmin kabinetlərə üz tutmaq olar. Ancaq burda bir sıra xəstəliklərə, o cümlədən də Hepatit C-yə də yoluxmaq mümkündür. Hepatit virusunu ən çox yayan məhz bu cür stomatoloji kabinetlərdir. Mövzu millət vəkillərinin də diqqət mərkəzindədir. 


Medicina.az ARB TV-yə istinadən xəbər verir ki, stomatoloji alətlər hər istifadədən sonra mütləq dezinfeksiya olunmalıdır. Əks halda bir ölümcül xəstəliklərə yoluxma riski yüksəlir. 


Alətlərdən istifadə edildikdən sonra dərmanlanaraq 2 saat saxlanılır. Daha sonra isə "Avtoklad" aparatına salınara dezinfeksiya olunur. Bu aparatda alətlərdə olan virusların 100%-i məhv olur. Xəstələr stomatoloqa müraciət etdikdə mütləq alətləri dezinfeksiya olunub-olunmadığını öyrənməli, onların paketlənmiş olmasını tələb etməlidir.  


Dövlət xəstəxanalarında stomatologiya sahəsinə Gigiyena və Epidemiologiya Mərkəzləri nəzarət etsə də özəl klinikalarda təmizlik stomatoloqun ümidinə qalır. 


Hepatit C insana yoluxduğu gündən etibarən 5 il ilə 50 il arasında qaraciyər sirrozuna və hətta xərçənginə gətirib çıxaran bir virusdur. Bu xəstəlikdən sığortalanmaq üçün diş həkiminə müraciət edən xəstələr istifadə edilən alətlərin təmizliyindən əmin olmalıdırlar.