Stresin öhdəsindən neçə gələk?- Effektiv alman metodikası

  • 16 Yan 2021 18:44
  • 907 Baxış
Stresin öhdəsindən neçə gələk? - Effektiv alman metodikası


Stresin bir çox xəstəliyin səbəbi olduğu çoxdan məlumdur. Bunun səbəbi - psixoemosional yaşantıların qoruyucu adaptasiya mexanizmlərinin sıradan çıxmasına səbəb olmasıdır. Və pasiyentdə bu və ya digər xəstəliyin əlamətləri yaranır.


Orqanizmin tənzimləyici funksiyalarının və normal sinir sisteminə xas olan balansın pozulması səbəbi ilə qastrit, mədə xorası və onikibarmaq bağırsaq xorası, qıcıqlanmış bağırsaq sindromu kəskinləşir, immun sistemi zədələnir. Arterial hipertenziya, aritmiya, ürəyin işemik xəstəliyi, şəkərli diabet də psixoemosional vəziyyətlə çox əlaqəlidir. Bu xəstəliklərlə psixoloji travma kəskinləşməsinin əsas səbəblərindən biridir.

Həmçinin, psixi yüklənmələrdən dəri xəstəlikləri də-neyrodermit, psoriaz - tez-tez kəskinləşir. Stresə qarşı qeyri-düzgün reaksiya mastopatiyaya, menstrual tsiklin pozulmasına səbəb ola bilər.


Stres nəticəsində yaranan klassik psixosomatik xəstəlik - neyrosirkulyator distoniyasıdır. Sirr deyil ki, bir çox insan illərlə bu xəstəlikdən əziyyət çəkir, dərmanları və həkimləri dəyişir, bununla da simptomları daha da dərinləşdirir və vəziyyətlərini pisləşdirir.


Patoloji stres altında olan tipik xəstə şikayətləri- baş ağrısı, ishal və ya qəbizlik, ürək bulanması, başgicəllənmə, ürək döyüntüsü, tez-tez soyuqdəymə və infeksiyalar, yorğunluq, cinsi aktivliyin azalmasıdır. Yaddaş və diqqət problemləri, daimi narahatlıq, əsəbilik, yuxu pozulmaları və digər simptomlar da onu narahat edə bilər.


Beləliklə, streslər sağlamlıq üçün kifayət qədər ciddi bir təhlükə yaradır və bu baxımdan, tibbin müxtəlif sahələrindəki mütəxəssislər tərəfindən fəal şəkildə öyrənilir. Müasir təlimatlarda streslə aşırı yüklənməyə həddindən artıq allostatik yük də də deyilir.
Bir çox həkimlərin, xüsusən də dar mütəxəssislərin əhəmiyyətli səhvi - yalnız xəstəliyin təzahürlərini aradan qaldırmağa yönəlmiş müalicədir. Halbuki, bunun səbəbi ilə, yəni streslə mübarizə aparmaq lazımdır. Bir çox klinik hallarda allostatik yüklə mübarizə xəstəliklərin kompleks terapiyasına daxil edilməlidir.

Düzgün kömək


Müasir həyatda stresli vəziyyətlərdən qaçmaq mümkün deyil. Bu səbəbdən əsas strategiya - sakit həyat axtarışı deyil, kəskin vəziyyətlərdə stresə qarşı düzgün münasibət və davranışdır.

Bu vəziyyətlərin psixozədələyici olmasının qarşısını almaq və stresə ilk yardım qaydalarını bilmək lazımdır. Stres altında olan insanlarda yanlış həyat tərzlinə meyl daha yüksəkdir (həddindən artıq alkoqol və narkotik istifadəsi, siqaret çəkmə, oturaq həyat tərzi, zərərli qidalanma). Bu həyat tərzi, stres reaksiyasını artıraraq, stres cavabını gücləndirə bilər.

Daha əlverişli taktika- stress və həyəcanla mübarizə aparmaq, müdafiə qüvvələrini dəstəkləmək, mülayim şəkildə sakitləşmək və sağlam yuxunu bərpa etmək üçün orqanizmin özünə kömək etməkdir.

Təbii komponentlər və müxtəlif dərman bitkiləri əsasında hazırlanan preparatlar bunun öhdəsindən uğurla gəlmişlər!

Təbii mənşəli dərmanların əsas xassəsi – orqanizmə çoxşaxəli və mülayim təsiridir. Stress vəziyyətində çoxkomponentli, kompleks preparatlar seçmək məqsədəuyğundur.

Kompleks biotənzimləyici preparatlar hədəflənmiş, kompleks, sürətli təsir göstərir, yüksək təhlükəsizlik profilinə malikdir. Güclü təsirli sintetik tabletlərdən fərqli olaraq onlar yuxu strukturunu pozmur, asılılıq yaratmır, çox nadir hallarda yan təsirləri olur. Onların effektivliyi və təhlükəsizliyi dünyanın bir çox ölkəsində illərlə tətbiqetmə ilə təsdiqlənib.

Valerianaheel, Nervoheel və Cerebrum compositum N kimi dərmanların komponentləri orqanizmdəki streslə əlaqəli hədəflərin çoxuna kombinəolunmuş və sinergist təsir göstərir. Bunun sayəsində xəstənin özünütənzimləmə qabiliyyəti yaxşılaşır və ya bərpa olunur, bu da müalicənin nəticələrinin yaxşılaşmasına və xəstənin rifahının normallaşmasına səbəb olur.

Valerianaheel, Nervoheel və Cerebrum compositum N biortənzimləyici xüsusiyyətli dərmanlardır. Onlar həm monoterapiyada, həm də kompleks şəkildə istifadə edilə bilər. Seçim nüansları xəstənin şikayətlərinin xarakterindən və klinik vəziyyətdən asılıdır.

Sinir və fiziki yorğunluq, depressiya, emosional tükənmə, zəif yaddaş və diqqət şikayətlərində ən yaxşı təsir hər üç dərmanın - Valerianaheel + Nervoheel + Cerebrum compositum N- kompleks qəbulu ilə təmin edilir.

Narahatlıq şikayətləri üstünlük təşkil etdikdə yalnız Valerianaheel kifayət edə bilər. Yuxusuzluq, depressiv və ya melanxolik əhval-ruhiyyə, narahatlığın öhdəsindən Valerianaheel + Cerebrum compositum N birləşməsi gələ bilər.

Bu vasitələr çoxkomponentlidir, hər komponentin öz vacib rolu var.

Valerianaheel bitki mənşəli maddələrdən ibarətdir. Valeriana yuxu pozulmalarında və narahatlıqda kömək edir. Dazıotu əhvalı xeyli yaxşılaşdırır. Mayaotu yuxuya getməklə bağlı çətinliyi və sinir oyanıqlığını aradan qaldırır. Melissa sinir sistemini sakitləşdirir və fəaliyyətini tənzimləyir. Yemişan ürək fəaliyyətini dəstəkləyir, taxikardiyanı azaldır və qan təzyiqini normallaşdırır. Çobanyastığı spazmları aradan qaldırır, ağrıları sakitləşdirir.

Nervoheel: Acidum phosphoricum fiziki və zehni yorğunluqda, Ignatia - sinir pozulmaları, depressiya, qıcolmalarda istifadə olunur. Sepia baş ağrısı, yuxusuzluq, ruhi pozulmalar və depressiyanı aradan qaldırmağa kömək edir (xüsusən klimakterik dövrdə). Psorinum-Nosod zəiflik, baş ağrısı, depressiya vəziyyətində istifadə olunur. Kalium bromatum və Zincum valerianicum müxtəlif yuxu pozulmalarında sakitləşdirici təsir göstərir.

Cerebrum compositum N müxtəlif mənşəli ensefalopatiyalarda (yaddaş, diqqət pozulmaları) istifadə olunur, regenerasiya prosesləri və qeyri-spesifik immunitetin stimulyasiyası üçün tətbiq olunur!

Mütəxəssislər Cerebrum compositumun müxtəlif patologiyalarda müalicə sxemlərinə daxil edilməsində zəngin təcrübə toplamışlar (ateroskleroz, yaddaş pozulması, sinir tükənməsi, vegetativ distoniya). Tədqiqatlar preparatın neyrometabolik maddələr və nootroplar qrupuna yaxın olduğunu göstərir. Narahatlıq əleyhinə, antiastenik, psixostimulyasiya edici, sedativ təsir göstərir, yaddaşı, diqqəti, konsentrasiya qabiliyyətini və bir sıra digər müsbət xüsusiyyətləri yaxşılaşdırır.


Beləliklə, Valerianaheel, Nervoheel və Cerebrum compositum N, stress zamanı kompleks və sinergik təsir göstərən, streslə əlaqəli simptomları aradan qaldıran və orqanizmə mənfi təsirlərin qarşısını alan biotənzimləyici preparatlardır.