Süd mədə xorasında kömək edirmi?

  • 2026.01.10 17:02
  • 106 Baxış
Süd mədə xorasında kömək edirmi?

Mədə yanması və qastritdə soyuq süd içmək müalicəvi vasitə deyil.


Medicina.az xəbər verir ki, idman həkimi Aleksandra Çistyakova xalq arasında olan inancdan danışıb.


Süd içməyin mədə ağrısını azaltdığına dair geniş yayılmış bir inanc var, çünki o, selikli qişaları qıcıqlandıran və zədələyən mədə turşusunu neytrallaşdırır.


"Süd içmək mədə ağrısını yalnız bir neçə saat aradan qaldıra bilər.
Süd mədə şirəsindən daha aşağı turşuluğa malik məhsuldur. Buna görə də, uzun müddətdir süd içməyin mədə turşusunu neytrallaşdırdığına inanılırdı.

Lakin elm adamları südün turşu neytrallaşdırma təsirinin müvəqqəti olduğunu aşkar ediblər.

"Mədə divarlarındakı süd təbəqəsi turşunun təsirini gecikdirir, lakin tədqiqatlar göstərir ki, süd mədə şirəsinin ifrazını da stimullaşdırır".

Buna görə də həkim əlavə edib ki, süd rahatlıq verə bilsə də, mədə ağrısı bir müddət sonra yenidən qayıdacaq.

Aygün Musayeva