Süd verən analar necə qidalanmalıdırlar? - Tam siyahı

  • 2018.11.28 16:35
  • 17848 Baxış
Süd verən analar necə qidalanmalıdırlar?  - Tam siyahı
Ana olmaq xoşbəxtlikdir. Bu işin ən unudulmaz tərəfi isə körpəyə süd əmizdirməkdir. Anaların hər biri övladına neçə müddət süd verəcəyini özü müəyyənləşdirir. Kimisi 6 ay, kimisi də 2 il müddətində bu xoşbəxtliyi yaşayır. Ana südünü miqdarı və keyfiyyəti birbaşa olaraq ananın qəbul etdiyi qidadan asılıdır. Buna görə də ana ilk növbədə qidalanmasına diqqət yetirməlidir. 

 

Medicina.az süd əmizdirən anaların qida rasionunu təqdim edir: 


Adətən süd əmizdirən analar üçün bir sıra qadağalar mövcuddur. Uşağa mənfi təsir edə biləcəyi üçün onlara hər qidanı yeməyə icazə verilmir. Amma ananın iştahı gün gündən artır, qadağalar isə çoxalır. Belə olan halda vəziyyətdən necə çıxmaq lazımdır? Cavab çox sadədir – düzgün və balanslaşdırlmış qidalanmaq.


Laktasiya (süd əmizdirmə) dövrünün ilk aylarında analar üçün tərtib olunmuş ümumi qida rasionu aşağıdakı kimidir: 


Süd məhsulları – kefir, pendir, qatıq

ət – mal əti, quş əti

balıq – bütün balıq növləri

dənli bitkilər – düyü, qreçka, qarğıdalı, qlütensiz makaronlar

tərəvəzlər – ağ və yaşıl tərəvəzlər, balqabaq, turp, gül kələmi, brokkoli

meyvələr – alma, banan, ərik, xurma, gilas

içkilər – çay, kompot, itburnu dəmləməsi

şirniyyat – marmelad, zefir, peçenye

turşular – yalnız zeytun turşusu


Onu da qeyd edək ki, adı çəkilən qidaları həddən artıq yemək məsləhət deyil. 

Süd əmizdirən ananın sutkalıq menyusu:


Su – 2 l-dən az olmayaraq

Ayran - 500 ml

Südlə çay - 150 ml-dən çox olmayaraq

Yağslz ət və balıq növləri - 200-300 qr

Yarmalar - 100 qr

Pendir - 20-30 qr

Kəsmik - 100-150 qr

Xama - 20 qr

Tərəvəzlər - 500-600 qr

Meyvələr - 200-300 qr

Kərə yağı - 30 qr

Bitki yağı - 15 qr

Kəpəkli çörək - 200 qr

Yumurta -1 ədəd


Kim üçünsə çox görünən  bu qidalar əslində, individual olaraq ananın çəkisindən boyundan, həyat tərzindən və əmzidirdiyi uşaqların sayından asılı olaraq dəyişə bilər. 

Sonda qeyd etmək lazımdır ki, hər bir halda uşağın qidaya qarşı olan allergiyasını öyrənib ona görə davranmaq lazımdır. 

Medicina.az Süd verən analar necə qidalanmalıdırlar?  - Tam siyahı