Süd vəzilərini böyütmə və kiçildilməsi - Yeni, təhlükəsiz metodlar – Türkiyədə estetik əməliyyatlar

  • 2023.03.09 22:37
  • 7462 Baxış
Süd vəzilərini böyütmə və kiçildilməsi - Yeni, təhlükəsiz metodlar –  Türkiyədə estetik əməliyyatlar


Süd vəzi kiçiltmə əməliyyatı Reduksion Mammoplastika estetik əməliyyatlar içində hazırda dəbdə olan, süd vəzi dikləşdirmə əməliyyatı ilə birgə edilən əməliyyatdır.

Bu zaman süd vəzinin içərisinə heç bir əlavə maddə yerləşdirilmir, silikonlardan istifadə edilmir, sadəcə vəzin içərisindəki yağ kütləsinin bir qismi və bir qədər də dəri çıxarılır.

Kimlərə süd vəzi dikləşdirmə əməliyyatı vacibdir?

Hər bir qadın güzgü önündə bəzi detallara fikir verməklə bu əməliyyata gərək olub-olmadığını təyin edə bilər.
Əgər süd vəzi giləsi süd vəzinin altındakı cizginin üzərindədirsə, deməli, süd vəzi forması normaldır. Əgər gilə bu cizgi həddinə aşağı doğru çatıbsa, hətta onu keçibsə, yəni gilə üzü aşağı doğru baxırsa, o zaman süd vəzi sallanması var. Tam aşağı baxan süd vəzi ucları vəziyyətin ağırlığını göstərir.

İri süd vəziləri niyə kiçildilməlidir?

Həddən artıq iri süd vəziləri sağlamlıqla bağlı bəzi problemlərə səbəb olur. Məsələn, yaşlandıqca, qadının sümükləri incəlir, onurğası əyilir və 4-5 kq ağırlığında süd vəziləri sanki boyundan yük kimi asılaraq, boyun, kürək, onurğaya əlavə problem yaradır.

Belə bir yüklə 50 yaşdan sonra qadın çox ayaq üstə qala bilmir, həyat komfortu pozulur.

İri süd vəziləri ürəyə də təsir edir.

Eləcə də süd vəzilərinin büküş hissələrində bişməcələr, açıq yaralar əmələ gəlir. Bunun da müalicəsi çətindir.
Onkologiyada məmə nə qədər böyükdürsə, süd vəzi riski də bir o qədər çoxdur.

Yaşlandıqca, doğuşdan, əmizdirmədən sonra süd vəziləri boşalır, sallanır. Məmə toxumasında və piylərində azalma olur.

Bir neçə dəfə doğuş edib, süd verən qadınlarda süd vəzini birləşdirən bağlar zəifləyir.

Bəs boş, sallaq, eləcə də formasını itirmiş süd vəzilərini toparlamaq üçün əməliyyatdan başqa metod varmı?

Təəssüf ki, yoxdur. Heç bir metod, krem, vasitə icad olunmayıb.

Süd vəzilərinin əzələ və bağlarını idman, gimnastika, hər hansı aparat, masajla düzəldəcəyinizi də düşünməyin.
İdmanla siz qaməti, əzələləri bərkidə bilərsiz, amma düşmüş süd vəzilərini qaldırmaq mümkün deyil.

Süd vəzidə estetik əməliyyatların növləri:

Bir əməliyyatla süd vəzilərin ölçüsünü böyütmək və ya kiçiltmək, şəkil vermək, dikləşdirmək, forma vermək, sallaqlığı tam aradan qaldırmaq, hətta ara məsafəni azaltmaq mümkündür.

Amma bu əməliyyatın bir cəhəti süd vəzi kənarlarında, daha çox altında iz buraxmasıdır. Dünyada kəsiksiz, izsiz bir əməliyyat texnikası hələ ki, yoxdur.

Əməliyyat zamanı süd vəzi ucunun dəri ilə birləşdiyi çevrə boyunca və süd vəzi altına doğru uzanan iz buraxılır. Klassik texnikada bu iz məmə altında da davam edir. Yeni metodlarda isə alt iz buraxılmır.
Süd vəzi nə qədər iri olubsa, nə qədər çox boşalıbsa, izlər bir o qədər uzun olur.

Süd vəzi kiçiltmə və böyütmə əməliyyatı texniki olaraq eynidir, sadəcə birində məmə toxumasından alınaraq orqan kiçilir, digərində isə süd vəzi içərisinə ən son yeni implantlar qoyularaq böyüdülməsidir.

Hazırda Avropada, Türkiyədə 3D Stimulyasion ilə 3D sinə böyütmə, Hologram sinə böyütmə, 3D model süd vəzi dikləşdirmə, Keller Funnel, Latın, Braziliya, İngilis tip sinə şəkilləndirmələr, son illərin ən modern metodu Çipli implant olunur.

Çipli implant zamanı mini çiplər vasitəsilə implantın böyüklüyü, şəkli, silikon tərkibi haqqında bilgilər əldə olunur və hər pasiyentə fərdi implant hazırlanır.

İmplant növləri:

Süd vəzi böyütmə əməliyyatında hazırda bədənin özündə olan yağ toxuması və kök hüceyrələrdən alınan implant, eləcə də silikon və duzlu su tərkibli implantlar qoyula bilir.

Əgər xəstənin öz piy toxumasından alınırsa, o zaman qarında olan yağ təbəqəsindən alınıb, məmə toxumasına köçürülür.

Yeni damarlanma xətləri yaratmaq üçün kök hüceyrə ilə birlikdə nəql edilməsi lazımdır.

Süni implantlar isə içində duzlu su və ya gel olan yumşaq formalardır.

Seçim xəstənin arzusu, vəziyyəti və həkimin tövsiyəsi ilə olunur.

Əməliyyatdan sonra hamiləlik olarmı?

Əməliyyatdan sonra hamilə qalmaq, doğuş etmək mümkündür. Amma əgər əməliyyat zamanı süd vəzi giləsi ilə süd kanalları arasında təbii əlaqə pozulmayıbsa, cərrah xüsusi metod seçibsə, bu zaman əmizdirmək də olar. Amma əksər hallarda təbii əmizdirmə tövsiyə edilmir. Bunu öncədən cərrahla danışmaq lazımdır.

Süd vəzi böyütmə, dikləşdirmə əməliyyatlarında əməliyyat sonrası risklər az da olsa var.
Hər əməliyyatda olduğu kimi qanama, infeksiya, hematoma ola bilər.

Ona görə belə əməliyyatlar klinikada, steril əməliyyatxana, peşəkar cərrah tərəfindən aparılmalıdır.
İnfeksiya olarsa, cərrah sizi nəzarətə alıb, onu təmizləyə və antibiotik müalicəsi təyin etməlidir.

Süd vəzi dərisinin rənginin dəyişməsi, tündləşməsi siqaret çəkən qadınlarda daha çox görülür.
Əməliyyatdan sonrakı 2 həftə kritik dönəmdir, həkimsiz müstəqil bir qərarlar verməyin.

Bəzən nadir də olsa assimmetriya – bir vəzinin digərindən ölçü olaraq fərqlənməsi ola bilər. Assimmetriya təbii olaraq da qadınlarda görülür.
Ciddi fərq olarsa, təkrar rötüş əməliyyatı ola bilər.

Mütləq:
Əməliyyat öncəsi hər bir qadın süd vəzi xərçəngi, müəyyən düyün və şişlərə görə mammoqrafi çəkdirməlidir. Bu, riskləri önləmək üçündür.

Əməliyyat sonrası qalacaq izlərin psixoloji problem yaratmayacağını düşünün. Əməliyyat ağır deyil, 1 gün xəstəxanada qalır, 3-5 gün evdə dincəlir, sonra gündəlik ritminə qayıdır. Əməliyyatdan sonra yüngül ağrı ola bilər. Şişmə, qızartı, göyərmə 10 gün çəkə bilər.

Qoyulan tikişlər özü əriyən tikişlərdir, sökülməyə gərək olmur.

Bir həftə maşın sürməyə qadağa qoyulur, çünki qol hərəkətləri əzələləri tərpədir, əlavə ağrı və basqı yarada bilir.

10 gün ağırlıq qaldırmaq, uşaqları qucağa götürmək olmaz.

İdmana 1 ay sonra başlaya bilərsiz.

İzlərin dərinliyi 6 ay ərzində azala bilər.

Ən müasir metodlarla, təbii görünüşlü süd vəzi estetik əməliyyatları üçün cəmi 1-2 gün ərzində Türkiyəyə gedib gəlmək mümkündür.

Bunun üçün Bayraktar Sağlıq Turizm şirkətinin Bakı ofisinə müraciət edə bilərsiz.

Bayraktar Sağlıq Turizmi Şirkəti Azərbaycan vətəndaşlarının Türkiyədə müayinə, müalicə və əməliyyatlarını həyata keçirir.

Digər turizm agentliklərindən fərqi:

1. Bu agentlik deyil və Türkiyə Cümhuriyyətinin təşviqi ilə yaranmış şirkətdir.
2. Həm Bakıda, həm də Türkiyədə ofislərin olması, hər iki ölkədə xidməti yüksək səviyyədə təşkil etməyə imkan verir.
3. Digər agentliklər xəstələri yalnız müəyyən faiz aldıqları klinikalara və ya öz klinikalarına göndərə bilir. Bayraktar Sağlıq Turizmi Şirkəti isə İstanbulun istənilən poliklinik və ya Universal hospitallarında sizə büdcənizə uyğun təkliflər edir.
4. Əgər hansısa səbəbdən uçuşunuz təxirə salınarsa, bilet və hotel məsələləri sığortalanır.
5. Əməliyyat zamanı fors-major hallar sığortalanır.
6. Azərbaycanda dünya standartlarının qəbul etdiyi testlər və müayinələr edərək, Türkiyədəki digər məsrəflər və vaxta qənaət edilir.
7. Agentlik və aracılara verilən faiz hesabına əməliyyat və müayinə qiymətlərinin süni artımı baş vermir, əksinə əlavə endirimlər alınır.
8. Bakı çıxışından, dönənədək Sizi müşayiət edəcək personal, maşın, pasientin digər məişət istəklərini həyata keçirir.
9. Əməliyyat sonrası müayinə Bakıda mümkün olarsa, test və müayinələri dünya standartlarına uyğun, Türkiyəyə getmədən Bakıda təşkil etmək vaxt itkisi və əlavə xərclərin qarşısını alır.

Artıq çəki və piylənmədən təhlükəsiz, əməliyyatsız xilas olmaq istəyən bütün pasiyentlər Bayraktar Sağlıq Turizmin müalicə paketlərindən istifadə edə bilər.

Əlaqə saxlamaq üçün telefon :
+994 70 - 988 -77- 07