Mütəxəssislər südü soyuducunun qapısına qoymamağı tövsiyə edirlər.
Medicina.az xəbər verir ki, süd, ət və balıq kimi tez xarab olan qidalar alış-verişdən sonra tez bir zamanda soyuducuya qoyulmalıdır.
Qida təhlükəsizliyi mütəxəssislərinin fikrincə, xüsusilə südlə bağlı ən çox yayılmış səhv onu soyuducunun qapısına qoymaqdır.
Federal Qidalanma Mərkəzindən (BZfE) qidalanma üzrə mütəxəssis Qabriele Kaufmann, xüsusən də tez xarab olan qidalarla bağlı mümkün səhvləri vurğulayıb.
Kaufmanın sözlərinə görə, soyuducunun hər bölməsi eyni temperaturda deyil. Buna görə də qidalar düzgün rəflərdə saxlanılmalıdır.
- Balıq, ət və kolbasa məhsulları: Ən soyuq hissə olan alt rəfə qoyulmalıdır.
- Süd məhsulları: Sərin, orta rəf ideal yerdir.
- Bişmiş yeməklər və pendir: Yuxarı rəflərə qoyulmalıdır.
- Meyvə və tərəvəzlər: Tərəvəz rəfində olmalıdır.
Süd paketlərinin forması soyuducunun qapısı üçün uyğun görünsə də, mütəxəssislər bu vərdişin südün tez xarab olmasına səbəb olduğunu vurğulayırlar.
Kaufmann deyib:
"Açıq südü qabında qısa müddət saxlamaq problem olmaya bilər. Lakin, birdən çox paket alırsınızsa və ya daha uzun müddət saxlamalısınızsa, mütləq onu orta rəfə qoymalısınız."
Dietoloq həmçinin qeyd edib ki, süd soyuducuda güclü ətirli qidaların qoxularını tez bir zamanda özünə çəkkr:
"Südü pendir, kolbasa və ya digər ətirli qidaların yanında saxlamayın. Qoxuların qarışımı dadı tez bir zamanda pozur."
Aygün
Medicina.az