- Bu üsulla öyrəninSüdünüz körpənizi doydururmu?

  • 2017.12.26 20:40
  • 18469 Baxış
- Bu üsulla öyrənin Südünüz körpənizi doydururmu?
Ana südü əvəzedilməz bir nemətdir. Heç bir süni qida ana südü qədər zəngin ola bilməz.


Südverən anaları əsas düşündürən sual isə körpəsinin doyub-doymadığıdır.

 

Medicina.az xəbər verir ki, ginekoloq Firuzə Cəfərzadənin sözlərinə görə, körpənin doyub-doymadığını inkşafını və bezlərini izləyərək anlaya bilərsiz. Həkim körpənin az və ya çox əmməsi, döşlərin yumşalmış olması, tez-tez və ya seyrək əmməsi, qusmasının südün miqdarı haqqında məlumat vermədiyini vurğulayıb:


"Südünüzün yetərli olub-olmadığını bilməyinizin 3 yolu var.


1. Körpə ayda 500-900 qr çəki alırsa 


2. Gündə 5-6 ədəd yumurta ağırlığında sidikli bez alırsınızsa 


3. Böyük çölə normal getmək. Doğumdan sonra ilk günlər uşaq kakasının rəngi tünd olur. Uşaq normal əmirsə rəngi sarı olacaq. Körpə gün ərzində 3-4 dəfə böyük bayıra çıxmalıdır (3-6 həftəsinə qədər ). Daha sonra 1 dəfəyə qədər azalır.


Körpəniz xoşbəxtdirsə gülümsəyirsə südünüz yetərlidir. "Bir körpə gündə 500 ml. ana südü qəbul etməlidir "- deyə bir qayda yoxdur. Çox ehtiyacı varsa körpə çox əmər, az ehtiyacı varsa körpə az əmər. Körpələr istədikləri zaman istədikləri qədər əmizdirildikdə öz ehtiyaclarına görə qidalanmış olarlar".