Sumqayıt Apelyasiya məhkəməsində intihar - Təcili yardım 20 dəqiqədir yoxdur

  • 2023.03.06 14:33
  • 947 Baxış
Sumqayıt Apelyasiya məhkəməsində intihar  - Təcili yardım 20 dəqiqədir yoxdur

Sumqayıt Apelyasiya Məhkəməsində intihara cəhd hadisəsi baş verib.

"Medicina" xəbər verir ki, gununsesi.info-ya bu barədə açıqlama verən vəkil Elçin Sadıqov deyib ki ki,İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə inzibati icraat aparılan Əliyeva Günay Aqil qızı hakim Rəşadət Ağayevin qərarının qanunsuz olmasına eturaz edərək hər iki biləyini ülgüclə dərindən kəsib.


”Hadisə 20 dəqiqə əvvəl baş verdi, hələ təcili tibbi yardım gəlməyib. Məhkəmənin təcili yardım məntəqəsi bağlıdır. Abşeron Rayon Məhkəməsi onu 1000 manat cərimə etmişdi, Rəşadət Ağayev qərarı dəyişdi və 10 sutka inzibati həbs verdi”.