Sumqayıtda 2 nəfəri ilan sancıb

  • 2019.08.05 14:15
  • 3465 Baxış
Sumqayıtda  2 nəfəri ilan sancıb
Sumqayıtda 2 nəfəri ilan sancıb. Medicina.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Yaşma" yaşayış massivində qeydə alınıb. Belə ki, həyət evində təsərrüfat işləri ilə məşğul olan 1972-ci il təvəllüdlü Sübhan Ağamalıyev və 1993-cü il təvəllüdlü Orxan Ələkbərlini ilan sancıb. Hər iki şəxs Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Onlara zəhər əleyhinə zərdab vurulub və Bakıya göndəriliblər.