Sumqayıtda qətl hadisəsi baş verib.
Medicina.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Belə ki, Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanov aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaqla xəsarətlər yetirib.
Ağır xəsarətlər alan qadın hadisə yerində həyatını itirib.
İsmayıl Ramazanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.