Fevralın 27-də Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində yerləşən poladəritmə sexində baş verən partlayış zamanı xəsarət alan fəhlələrdən biri müalicə aldığı xəstəxanada ölüb.
Medicina.az xəbər verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində yaralanan 29 yaşlı Coşqun Məmmədov müalicə olunduğu xəstəxanada həyatını itirib.
Qeyd edək ki, hadisə nəticəsində daha iki nəfər - 32 yaşlı Elməddin İsmayılov və 37 yaşlı Ceyhun Davidov yaralanıb.