Sumqayıtda zavodda partlayış - Yaralanan var

  • 2026.01.09 09:56
  • 152 Baxış
Sumqayıtda zavodda partlayış -  Yaralanan var

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

Medicina.az “Report”a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt sakini 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.