Süni mayalanma ilə doğulan uşaqlarda astma bronxit çox olur

  • 2022.10.12 14:45
  • 1349 Baxış
Süni mayalanma ilə doğulan uşaqlarda astma bronxit çox olur

Süni mayalanma metodu ilə doğulan uşaqlarda astma və allergiya riski artır.

"Medicina" xəbər verir ki, ABŞ Milli Sağlamlıq institutu yeni elmi araşdırmada bunu sübut edib.

"Sonsuzluğun müalicəsi yolu və süni mayalanma ilə doğulan uşaqlarda allergik bronxit və astma çox rast gəlinir".

Alimlər 2009-2010-cu ildə sonsuzluq müalicəsi, stimulyasiya və süni mayalanma ilə doğulan 6000 uşağı və anasını müşahidə edib.

Təbii yolla və problemsiz doğulan uşaqlarla müqayisədə dərmanlar, stimulyasiya və mayalanma ilə doğulanlarda 3 yaşa qədər güclü xışıltı, astma əlamətləri və allergiya çox olub.

7-9 yaş arası bu uşaqların 30%- astma, 77% ekzema ilə xəstələnib.
Bu uşaqlar allergiyadan da çox müalicə alıb.

Aygün Musayeva