Suraxanı Tibb Mərkəzinin direktoru vəfat etdi

  • 2023.02.13 11:26
  • 1819 Baxış
Suraxanı Tibb Mərkəzinin direktoru  vəfat etdi
TƏBİB-in tabeliyindəki Suraxanı Tibb Mərkəzinin direktoru Azər Məmmədov 12.02.2023-cü il axşam saatlarında kəskin ürək tutmasından vəfat edib.


Medicina.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.


A.Məmmədov 2007-2014-cü illərdə Yasamal rayonunda yerləşən 3 nömrəli Şəhər Poliklinikasının baş həkimi olub. 2014-cü ildən indiki Suraxanı Tibb Mərkəzində baş həkim, 2021-ci ildən isə həmin tibb müəssisəsinin direktoru kimi çalışıb.