Suraxanıda evdə yanğın - Xəsarət alan var

  • 2025.12.31 15:12
  • 69 Baxış
Suraxanıda evdə yanğın -  Xəsarət alan var

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 70 m² (hər mərtəbəsi 35 m²) olan ikimərtəbəli 2 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Medicina.az xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.