Tağı Əhmədovun vəziyyəti pisləşdi

  • 22 İyn 2022 14:06
  • 1555 Baxış
Tağı Əhmədovun vəziyyəti pisləşdi

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti pisləşib.

Medicina.az Yenisabah.az-a istinadən xəbər verir ki, yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkən keçmiş rəis hazırda ciddi həkim nəzarətindədir.

Tağı Əhmədovun ayaqlarının tutulduğu, hərəkət imkanının məhdudlaşdığı bildirilir. Qohumlarından birinin dediyinə görə, sabiq məmur ötən gün “Ömür” klinikasında müayinədən keçib. Klinikaya əlil arabasında gəlib.

T.Əhmədovun müayinədən sonra evinə getdiyi və özünü ətrafdan tamamilə təcrid etdiyi bildirilir.