Tam xoşbəxtlik üçün lazım olan pulun dəqiq məbləği məlum olub.
“Medicina” xəbər verir ki, Qərb Psixoloqları kəşf ediblər ki, pul xoşbəxtliyi artıra bilər, ancaq müəyyən həddə qədər.
Bu məhdudiyyət ölkələrdən, milliyyətdən, psixologiyadan asılı olaraq dəyişir.
ABŞ-ın Purdue Universitetinin tədqiqatçıları belə nəticəyə gəliblər ki, pulun ala biləcəyi müəyyən bir xoşbəxtlik var, lakin onun miqdarı yaşadığınız yerdən asılı olaraq dəyişir.
Psixoloqların araşdırması göstərdi ki, bu həddə çatdıqdan sonra gəlirin daha da artması, yəni insanın daha varlı olması həyatdan məmnunluğun azalmasına səbəb olur.
"Bu təəccüblü görünür, çünki biz davamlı olaraq xoşbəxtlik üçün nə qədər pul lazım olduğunu düşünürük. Amma indi başa düşürük ki, bu xoşbəxtliyin də bir həddi var”.
Məlum olub ki, pul ifadəsində bu hədd ümumi yaşayış standartları üçün 95 min dollar, emosional xoşbəxtlik üçün isə 60-75 min dollardır.
Bu məbləğlər yalnız fərdlərə şamil edilir, çünki ailə xoşbəxtliyi üçün bu tavan daha yüksəkdir.
Bununla belə, psixoloqların fikrincə, bu gəlirləri aşmaq xoşbəxtliyin artmasına səbəb olmayıb. Onlar vurğulayırlar ki, göstərilən məbləğlər ortadır və ölkələr üzrə fərqli ola bilər. Tədqiqatçılar 164 ölkədən 1,7 milyon insanın iştirak etdiyi Gallup sorğusu əsasında bu qənaətə gəliblər.
Deməli, ümumilikdə 150 min dollar olsa insan o xoşbəxtliyi və məmnunluğu yaşaya bilər.
Aygün Musayeva