Tanınmış həkim “könüllü qan donoru” aksiyasında - “Qan vermək immuniteti möhkəmləndirir” – VİDEO

  • 2020.04.11 20:40
  • 3726 Baxış
Tanınmış həkim “könüllü qan donoru” aksiyasında    - “Qan vermək immuniteti möhkəmləndirir” – VİDEO

Koronavirus pandemiyası səbəbindən karantin rejimi ilə əlaqədar qan bankına könüllü qan donorlarının müraciəti azalmışdı. Qan bankına təzə qanın daxil olmaması talassemiya, leykoz, hemofiliyalı uşaqlar üçün həyati təhlükə yaradırdı.


Son günlər Heydər Əliyev Fondunun vitse –prezidenti Leyla Əliyevanın qan dəstəyinə ehtiyac duran və qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək çağırışına və TƏBİB rəhbərliyinin könüllü donorluğa dəvətinə cavab olaraq, artıq insanlar, xüsusilə həkimlər aksiyaya qoşularaq qan verməyə çalışır.

İlk olaraq Könüllü donor aksiyasına qatıllaraq, tanınmış ağrı mütəxəssisi, alqoloq Vüsal Eyvazov Milli Hematologiya və Transfuziologiya Mərkəzində qan verib.

Həkim qan vermənin insan orqanizminə faydalı olduğunu və yeni sağlam hüceyrələr yaratmasına səbəb olduğu barədə də maarifləndirici çıxış edərək, qan verməyə gücü və sağlamlığı imkan verən hər kəsi bu çətin günlərdə bir qədər qanını əsirgəməməyə dəvət edib.

Medicina.az aksiyadan videoçıxışı təqdim edir. Qanvermənin insana faydalarını da burada izləyə bilərsiniz.