Dünən Səbail rayonu, Badamdar qəsəbəsində baş verən qaz partlayışı ailə faciəsinə səbəb olub.
Medicina.az xəbər verir ki, hadisə nəticəsində tanınmış həkim Vüsal Nəbiyevin atası və bibisi həlak olub.
Qeyd edək ki, Vüsal Nəbiyev “Avrasiya” və “Avropa” hospitallarının Reanimatologiya şöbəsinin müdiridir.