Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tanınmış həkimin qardaşı vəzifəyə - Təyin edildi

  • 2021.04.12 17:23
  • 3441 Baxış
Tanınmış həkimin qardaşı vəzifəyə -  Təyin edildi

"Respublika" qəzetinə yeni baş redaktor təyin edilib.

Medicina.az xəbər verir ki, bu vəzifəyə Hümbət Musayev təyinat alıb.

H.Musayev əvvəllər "Respublika" qəzetinin baş redaktorunun müavini - məsul katib vəzifəsində çalışıb.

Xatırladaq ki, "Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov mart ayında 90 yaşında koronavirusdan vəfat edib.

Hümbət Musayev Mərkəzi klinikanın baş həkimi, tanınmış kardio cərrah Kamran Musayevin qardaşıdır.