Tanınmış pediatr vəfat etdi - FOTO

  • 2026.02.17 11:55
  • 127 Baxış
Tanınmış pediatr vəfat etdi -  FOTO

Azərbaycanda tanınmış həkim vəfat edib.

Medicina.az xəbər verir ki, Azərbaycan tibb elminə və pediatriya sahəsinə uzun illər töhfələr vermiş həkim-alim, dosent Zahirə Talışlı dünyasını dəyişib.

Zahirə Talıșlı 15 avqust 1947-ci ildə Lənkəran şəhərində qulluqçu ailəsində anadan olub. Orta təhsilini doğma şəhərində başa vurduqdan sonra 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuş, 1970-ci ildə İnstitutu bitirmişdir.

Əmək fəaliyyətinə Lənkəran şəhər Uşaq Poliklinikasında sahə həkimi kimi başlamışdır. 1971-ci ildə klinik ordinaturaya daxil olaraq, Moskva Tibb Akademiyasının Elmi-Tədqiqat Pediatriya İnstitutuna ezam olunub. Təhsilini başa vurduqdan sonra Bakı şəhəri 19 saylı Uşaq Poliklinikasında, daha sonra isə 12 saylı Birləșmiş Ușaq Xəstəxanasında şöbə müdiri vəzifəsində çalışıb, 1987-ci ilə qədər bu vəzifədə fəaliyvət göstərib.

1987-ci ildə “Изучение морфофункциональной активности эритроцитов при пневмонии у детей раннего Bo3pacTa" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Müdafiədən sonra 1987-1989-cu illərdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda kiçik elmi işçi kimi çalışmışıb.

1989-cu ilin yanvar ayından etibarən Azərbaycan Tibb Universitetinin Uşaq Xəstəlikləri kafedrasında fəaliyyətə başlamış, 1998-ci ilin mart ayından dosent vəzifəsinə yüksəlib.

2010-cu ildən ATU-nun Tədris Terapevtik Klinikasının I Pediatriya şöbəsində, 2016-cı ildən isə yenidən K.Y.Fərəcova adina Elmi-Tədqiqat Pediatriya İnstitutunun bazasında çalışıb.
Zahirə Talışlı ömrünü uşaqların sağlamlığına, gənc həkimlərin hazırlanmasınavə pediatriya elminin inkişafına həsr etmişdir.

Allah rəhmət eləsin!