ABŞ aviaşirkətinin pilotu yediyi ətdən baş verən allergik reaksiyadan ölüb.
"Medicina" xəbər verir ki, 47 yaşlı kişi hamburger yedikdən dörd saat sonra özünü pis hiss edib.
Məhkəmə tibb mütəxəssisləri uzun müddət onun ölüm səbəbini izah edə bilməyiblər. Sonradan məlum olub ki, hadisədən az əvvəl amerikalını gənə də dişləyib. Bu dişləmə ilə pilotun qanına allergik reaksiyaya səbəb olan anticisimlər daxil olub.
"Biz ət yedikdən sonra alfa-qal sindromu (AGS) ilə ilk sənədləşdirilmiş ölüm hadisəsi barədə məlumat vermişik".
Amblyomma Americanum gənələri amerikalılara ilk dəfə hücum etmir. Ola bilər ölümü hamburger də tətikləyib.
Aygün M