Bakının mərkəzindəki hotellərin birində meyit tapılıb.
Medicina.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yanvarın 27-si saat 23 radələrində Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Alıyevin meyiti “Tarqovıy” məhəllə adlanan ərazidə Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.