Uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə aparan İbrahim Tatlısəs, fizioterapiyadan sonra son görünüşü ilə yenidən diqqət mərkəzinə gəlib.
Medicina.az xəbər verir ki, Tatlısəs sağlamlıq problemləri ilə bağlı son paylaşımı ilə diqqət çəkib. Uzun müddətdir fizioterapiyadan keçən Tatlısəs, son şəkli ilə əvvəlki görünüşünə qayıtdığını göstərib.
74 yaşlı sənətçi bir neçə ay əvvəl İstanbuldakı evində halı pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib. Ağır infeksiyadan əziyyət çəkən Tatlısəsin öd kisəsindən də əməliyyat olunduğu açıqlanıb. Uğurlu əməliyyatdan sonra sənətçi 22 apreldə həkimlərinin nəzarəti altında evə buraxılıb və bir müddət fizioterapiya kursu keçib.
Müalicəsi zamanı sosial media paylaşımlarında Tatlısəsin arıqladığı, saçlarının və saqqalının ağarması da diqqət çəkib. Onun son görünüşü pərəstişkarlarını kədərləndirib və sosial mediada çoxsaylı şərhlər edilib.
Tatlısəs saçlarını, saqqalını və qaşlarını da boyayaraq imicini təzələyib. Məşhur xalq müğənnisi son paylaşımında balkonundan çəkdirdiyi şəklini paylaşaraq "Hamı maraqlanırdı, evimizin balkonundayam" yazıb. Tatlısəsin yeni şəkli tez bir zamanda pərəstişkarlarının diqqətini çəkib.
Aygün
Medicina.az