Bu yaxınlarda xəstəxanadan evə buraxılan türkiyəli məşhur sənətçi İbrahim Tatlıses yenidən klinikaya yerləşdirilib.
Medicina.az xəbər verir ki, 78 yaşlı müğənni Ankaradakı xəstəxanalardan birinə aparılıb.
İbrahim Tatlıses aprelin 7-də ağır infeksiya səbəbindən xəstəxanada müalicəyə cəlb olunmuşdu.
Öd kisəsindəki problemlə bağlı müğənninin əməliyyatı uğurlu keçmişdi. Müalicə prosesindən sonra Tatlıses aprelin 22-də xəstəxanadan evə göndərilmişdi.