TƏBİB-də iki yeni təyinat həyata keçirilib.
Medicina.az Bakupost.az-a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elvin Bayramov İnzibati idarəetmə departamentinin rəhbəri vəzifəsinə təyin edilib.
Digər əmrə əsasən isə Leyla Qurbanova İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin Daxili kommunikasiya şöbəsinin müdiri vəzifəsinə gətirilib.