Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi bu gün Əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı məlumat yayıb.
"Medicina" xəbər verir ki, bu gün saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən 1976-cı il təvəllüdlü Cabir İmanovun səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:
"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən Əməkdar artistin artıq həkiməqədər ölüm faktı qeydə alınıb".
MEDİCİNA.AZ