TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi Sevil Abdullazadə vəfat edib.
Məlumata görə, S.Abdullazadə avtomobil qəzası nəticəsində ötən gün dünyasını dəyişib.
Sosial şəbəkələrdə yayılan məlumata görə, Sevil Abdulla qızı Abdullazadə Ağstafa rayon Dağ Kəsəmən kənd sakini olub.
O, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
Təhsilini magistratura pilləsinin son kursunda davam etdirirmiş. Atası Abdulla Abdullayev Ağstafanın tanınan musiqiçilərindəndir.