TƏBİB koronavirusla mübarizə üçün könüllü səhiyyə işçiləri axtarır

  • 2020.04.04 17:54
  • 22316 Baxış
TƏBİB koronavirusla mübarizə üçün   könüllü səhiyyə işçiləri axtarır
Azərbaycanda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq üçün bu prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq, TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir.

Medicina.az xəbər verir ki, COVID-19 xəstəliyi ilə bağlı müalicə üçün respublikamızın müəyyən olunmuş müəssisələrində könüllü olaraq xidmət etmək istəyən səhiyyə işçiləri bu linkə daxil olaraq müraciət edə bilər.