TƏBİB stomatoloqlara güzəştə getməyəcək – Biz vaxt vermişdik

  • 2025.11.20 15:20
  • 131 Baxış
TƏBİB stomatoloqlara güzəştə getməyəcək  – Biz vaxt vermişdik

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB tabeli tibb müəssisələrində stomatoloqların kütləvi ixtisarları ilə bağlı etiraz aksiyasına hazırlaşmasına münasibət bildirib.


Medicina.az xəbər verir ki, o bu barədə qəti mövqeyini belə bildirib.


“Xüsusən bölgələrdə poliklinika və xəstəxana nəzdində olan dövlət hesabına saxlanılan stomatoloji kabinetlərlə bağlı 8 ay öncədən xəbərdarlıq etmişdik.


Bizdə stomatoloji xidmətlərlə bağlı faktlar, şikayətlər var. Elə stomatoloq var, bir xəstə də belə gəlmir. Xidmətin keyfiyyətini yaxşılaşdırmaq lazımdır.
Xidmət yoxdursa, vəziyyət qənaətbəxş deyilsə, tədbir görülməlidir”.

Qeyd edək ki, stomatoloji müalicə İTS zərfinə daxil deyil, xəstələr ödənişli müalicə olunur.

Aygün Musayeva