TƏBİB-də 11 ayın yekunları və qarşıya qoyulan hədəflər müzakirə olunub.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə “İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair” müavin, müşavir, departament rəhbərləri və tabeli müəssisələrin rəhbər heyətinin iştirakı ilə müşavirə keçirilib.
“Medicina” xəbər verir ki, bu il bəzi ödənişli xidmərdən büdcəyə daxilolmalar artıb.
Belə ki,stomatoloji tibbi xidmətlərdən (ƏDV-siz) daxilolmalar 352 min 719 manatdan 584 min 395 manata yüksələrək 231 min 676 manat və ya 65,68 faiz artıb.
Məlumdur ki, səhiyyə müəssisələrində tibbi arayışlar ödənişlidir. Bu rüsumlardan daxilolmalar 13 milyon 267 min 392 manatdan 14 milyon 270 min 802 manata çataraq 1 milyon 3 min 410 manat və ya 7,56 faiz artım göstərib.
Medicina.az