Təcili yardım avtomobili piyadanı vuraraq öldürdü

  • 2025.12.29 09:24
  • 71 Baxış
Təcili yardım avtomobili piyadanı vuraraq öldürdü

Goranboyda qadını maşın vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəktədə olan Gəncə Beynəlxalq Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Piyadanın kimliyi dəqiqləşdirilir.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.