ABŞ-ın Ohayo ştatının Fairborn şəhərindən olan təcili yardım həkimi Skott Konkal qeyri-adi addımı ilə Ginnesin Rekordlar Kitabına düşüb.
Medicina.az xəbər verir ki, 45 yaşlı kişinin nailiyyəti olduqca gülməlidir. O, burununa 91 kibrit çubuğu sancmağı bacarıb (əvvəlki rekord 81 kibrit çubuğu idi).
Rekord sahibinin həmkarları ona kömək edərək, Skottun burnuna daha çox kibrit çubuğu sancdıqca görünüşünün qəribə şəkildə dəyişdiyini izləyiblər.
O, özü həkim olduğu üçün bu prosesi fəsadsız yekunlaşdıra bilib.
Aygün M