Təcili yardıma 200 dəfə zəng etdi - 63 yaşlı qadınla bağlı araşdırma başladı

  • 2026.02.04 00:02
  • 90 Baxış
Təcili yardıma 200 dəfə zəng etdi -  63 yaşlı qadınla bağlı araşdırma başladı

Gün ərzində stasionar və bir neçə mobil telefondan 200 dəfə polis təcili yardım xəttinə zəng edən və bir kəlmə də demədən dəstəyi asan 63 yaşlı qadının telefonu müsadirə edilib.

Medicina.az bildirir ki, hadisə Almaniyada baş verib.

Brandenburq əyalətinin Şvedt şəhərində yaşayan 63 yaşlı qadın dünən dəfələrlə "110 polis təcili yardım xəttinə" zəng edib.

Gün ərzində stasionar və bir neçə mobil telefondan 200 zəng edən qadın, hər dəfə cavab verən operatora bir kəlmə də demədən telefonu qoyub. Vəziyyətin ciddi ola biləcəyini düşünən polis qrupları ünvana gediblər. Lakin mənzildən səslər gəlsə də, qapını açan olmayıb.

Qadının həyatı və əmlakının təhlükədə ola biləcəyinə qərar verən polis qrupları qapını zorla açmaq üçün yanğınsöndürmə idarəsindən kömək istəyib.

Təhlükəsizlik qüvvələrini qapıda görən 63 yaşlı qadın bu hərəkəti niyə etdiyinə dair heç bir izahat verməyib. Polis qadının bütün telefonlarını götürüb və təcili yardım xidməti xəttindən sui-istifadə ilə bağlı araşdırma başladıb.

Aygün
Medicina.az