Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat - FOTO

  • 2026.04.30 19:37
  • 113 Baxış
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat -  FOTO

Azərbaycan Tibb Universitetinin (ATU) III cərrahi xəstəliklər kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, professor Fariz Camalov tərəfindən növbəti uğurlu əməliyyat həyata keçirilib.

Medicina.az xəbər verir ki, Tədris Cərrahiyyə Klinikasında icra olunan əməliyyat zamanı xəstədə rektosiqmoid nahiyədə — yoğun bağırsağın düz bağırsağa keçid hissəsində yerləşən bədxassəli törəmə aşkarlanıb. Bağırsaq keçiriciliyi qiymətləndirilib və uyğun olduğu üçün bir mərhələli anastomoz planlaşdırılıb.

Hazırlıq mərhələsi tamamlandıqdan sonra xəstə əməliyyata götürülüb. Plan üzrə sol tərəfli hemikolektomiya icra olunub və siqmarektoanastomoz qoyulub. Əməliyyat uğurla başa çatıb. Həkimlərin bildirdiyinə görə, xəstənin vəziyyəti qənaətbəxşdir və onun 3 gün sonra evə buraxılması gözlənilir.

Mövzu ilə bağlı açıqlama verən professor F.Camalov qeyd edib ki, bu tip xəstəliklər kifayət qədər geniş yayılıb: “Xüsusilə bədxassəli şişlərlə bağlı hallara tez-tez rast gəlirik. Demək olar ki, hər həftə bu tip əməliyyatlar icra olunur. Belə əməliyyatlardan sonra xəstələrin adaptasiya müddəti adətən qısa olur. Əksər hallarda xəstələr 3–4 gün stasionar şəraitdə saxlanılır, vəziyyət stabil olduqdan sonra isə gündəlik fəaliyyətlərinə tədricən qayıda bilirlər”.