"Təəssüf ki, xəstələr ağırlaşandan sonra təcili yardıma müraciət edirlər" – Təbib sədri

  • 2020.04.08 18:18
  • 1698 Baxış
"Təəssüf ki, xəstələr ağırlaşandan sonra təcili yardıma müraciət edirlər"  –  Təbib sədri

Əgər xəstələr müraciətdə geciksələr, biz onlara ağır müalicə metodları tətbiq etməyə məcbur oluruq, virus ağciyərlərə ciddi zərbə vurur.

Medicina.az xəbər verir ki, Təbib sədri Ramin Bayramlı koronavirus xəstələrində ağırlaşmaların səbəbini izah edib:


“Virus infeksiyası vaxtında, xəstəlik ilk başlayanda müraciət etmək lazımdır. İnsanlar xəstəxanaya aparılmaqdan qorxmasınlar. Hər yüksək temperaturu olanı pandemiya xəstəxanasına götürmürük.


Məsələn,1700-1800 nəfər müraciət edən qızdırmalı insanların böyük qismi adi qrip olub, onları xəstəxanaya götürməmişik, evdə həkim nəzarətində adi qaydada müalicə alıblar. Koronavirusu evdə müalicə etməyə cəhd etməyin, bu xəstənin də, həkimlərin də işini çətinləşdirir.”