"Təəssüf ki, yaşlılarımızı qoruya bilmədik"

  • 2020.05.11 14:49
  • 1352 Baxış
"Təəssüf ki, yaşlılarımızı qoruya bilmədik"

Koronavirusunun yayılması ilə bağlı mübahisələrə səbəb olan İsveçdə hökumət bu xəstəliyə dair açıqlamalar verib.

Medicina.az xəbər verir ki, hökumət, koronavirusunun yayılması zamanı yaşlı qocalar evlərində vətəndaşlara lazımi kömək göstərilə bilmədiyini etiraf edib.

“İsveç epidemiyaya qarşı yüngül tədbirlər görsə də, epidemiya səbəbiylə həyatını itirənlərin yarısı qocalar evlərində yaşayan yaşlı insanlardır. Yaşlı vətəndaşlarımızı qorumağa müvəffəq olmadıq. Bu, cəmiyyətdə həqiqətən ciddi və böyük bir uğursuzluqdur. Epidemiyaya qarşı mübarizəmiz hələ bitməmişdir. Səhvlərimizdən dərs almalıyıq” deyə açıqlama da qeyd edilib.

Digər tərəfdən, İsveçdə epidemiya nəticəsində ölənlərin 80 faizi 70 yaşdan yuxarıdır. İsveçdə koronavirusuna yoluxma hallarının ümumi sayı 26 min 322-ə, həyatını itirənlərin sayı isə 2 min 525-ə yüksəlib.