Təkrarlanan və keçməyən mədə yanması xərçəng ola bilər?

  • 2026.06.18 17:00
  • 94 Baxış
Təkrarlanan və keçməyən mədə yanması    xərçəng ola bilər?


Təkrarlanan mədə yanması mədə şişinin əlaməti ola bilər.


Medicina.az xəbər verir ki, onkoloq İvan Karasev bu barədə xəbərdarlıq edib:

“Qida borusunun sonunda qidanın yalnız bir istiqamətə keçməsinə imkan verən bir klapan var. Qida mədəyə daxil olduqdan sonra bu klapan bağlanır və qida daha sonra rahat həzm olunur. Əgər ürək yanması baş verərsə, bu, klapanın mədə tərkibini qida borusuna geri sızdırmağa başladığı deməkdir".

Karasev vurğulayıb ki, ürək yanmasının müntəzəm olaraq baş verməsi , gündəlik və ya həftədə bir neçə dəfə xəbərdarlıq əlamətidir. Bu halda tibbi müayinədən keçmək vacibdir. Mədə zondla yoxlanmalıdır.

Həkim qeyd etdi ki, mədə yanması yağlı və ədviyyatlı qidalardan qaynaqlana bilər. Lakin, əgər bu, müntəzəm olaraq digər qidalarla baş verirsə, bu, narahatlıq doğurmalıdır. Bu tip ürək yanması olan hər kəs tibbi müayinədən keçməlidir.

Hansı problemlər təkrarlanan mədəyanmasına səbəb ola bilər? “Qırıq" qida borusu qapağı ilə yanaşı, qastrit, xora, turşuluq problemləri və mədə şişləri də buna səbəb ola bilər.

Aygün Musayeva